Eldar Mahmudov: “Dağlıq Qarabağ münaqişəsi bütün Avropanın təhlükəsizliyinə ciddi təhdiddir”

Eldar Mahmudov: “Dağlıq Qarabağ münaqişəsi bütün Avropanın təhlükəsizliyinə ciddi təhdiddir”
# 23 may 2013 16:11 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, E. Mahmudov hazırda Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib.

Nazir terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha vurğulayaraq, bu sahədə fəaliyyətin MTN-in vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu və beynəlxalq təhlükəsizliyin təmin olunmasında Avro-Atlantika məkanına daxil olan tərəfdaş ölkələrin müvafiq qurumları ilə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verildiyini söyləyib.

E. Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay­canın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında ətraflı məlumat verib, bu faktorun eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid doğurduğunu söyləyib.

Daha sonra nazir Eldar Mahmudov mühüm regional və beynəlxalq əhəmiyyətə malik neft-qaz ixrac kəmərlərinin və digər layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunaraq, bu istiqamətdə sıx əməkdaşlığın, qarşılıqlı əlaqəli fəaliyyətin vacibliyini qeyd edib.

Səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Q. İklodi Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən MTN-in gördüyü işlərdən NATO tərəfinin razı qaldığını vurğulayıb. O bu mənada Şimali Alyansın Azərbaycanla münasibətlərə xüsusi önəm verməsinin çatdırılması missiyasının ona həvalə olunmasından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı və maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR