Əli Əhmədov: “Dünyada sabitliyin bərpa olunmasında, separatizmə, terrorizmə və işğalçılığa qarşı mübarizədə gənclər daha fəal olmalıdır”

Əli Əhmədov: “Dünyada sabitliyin bərpa olunmasında, separatizmə, terrorizmə və işğalçılığa qarşı mübarizədə gənclər daha fəal olmalıdır”
# 14 avqust 2013 07:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının başlıca vəzifələrindən biri də odur ki, gəncləri öz ətrafında sıx birləşdirsin, gələcəyə hazırlasın. Necə ki Azərbaycan gənclərə gələcək kapital kimi baxır”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov Bakıda keçirilən İCAPP Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan hakimiyyətinin əsas hədəflərindən biri gənc nəslin sabaha hazırlığıdır: “Biz gələcəyin kapitalını formalaşdırmaqdayıq. Bu, Azərbaycanla yanaşı, bütün dünya ölkələri, o cümlədən İCAPP-a üzv olan ölkələrə də aiddir. İCAPP bu istiqamətdə mütləq öz səylərini göstərməlidir”.

Ə. Əhmədov deyib ki, dünyada sabitliyin bərpa olunmasında, separatizmə, terrorizmə və işğalçılığa qarşı mübarizədə gənclər daha fəal olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR