Əli Həsənov TRT-nin baş direktoru ilə görüşüb

Əli Həsənov TRT-nin baş direktoru ilə görüşüb
# 17 fevral 2015 12:00 (UTC +04:00)

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Bir millət, iki dövlət” kəlamının xatırlandığı görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə media sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib.


Ə. Həsənov TRT-nin fəaliyyətini yüksək qiymətləndirib. Ş. Göka isə xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə TRT-nin daim dəstək verdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, eləcə də media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminlik ifadə edilib.

Ş. Göka bildirib ki, TRT tərəfindən ortaq coğrafi məkanda istifadə edilən türk sözlərinin üç dildə (türk, Azərbaycan, Türkmənistan) tələffüzünün əks olunduğu səsli lüğətin hazırlanması üzərində iş yekunlaşmaqdadır. Bu layihə xalqlarımızın daha da yaxınlaşmasına, bir-birilərini daha yaxşı başa düşmələrinə kömək edəcək.

Ə. Həsənov layihənin çox yaxşı təşəbbüs olduğunu vurğulayıb.


Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR