Elmar Məmmədyarov: “Xocalı hava limanının fəaliyyəti sülh prosesinə zərbə vurur” - FOTO

Elmar Məmmədyarov: “Xocalı hava limanının fəaliyyəti sülh prosesinə zərbə vurur” - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 16:32 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb və münaqişənin həll olunmamış qalmasının regionun gələcəyinə ciddi maneə törətdiyi bildirilib. Nazir Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın danışıqlar prosesindən yayındığını həmməruzəçilərin diqqətinə çatdırıb.

Həmməruzəçilər Azərbaycanın narahatlığını başa düşdüklərini və Dağlıq Qarabağ məsələsinin onların hazırlayacağı hesabata daxil ediləcəyini qeyd ediblər.

E. Məmmədyarov Xocalı hava limanının fəaliyyətinin və uçuşların qeyri-qanuni olduğunu bildirib, bunun sülh prosesinə zərbə vurduğunu xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR