Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru və prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru və prezidenti ilə görüşüb
# 30 yanvar 2017 20:52 (UTC +04:00)

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib.

O, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyərək, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə öz töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR