Elmar Məmmədyarov GUAM təşkilatının xarici işlər nazirləri Şurasının iclasında iştirak edib

Elmar Məmmədyarov GUAM təşkilatının xarici işlər nazirləri Şurasının iclasında iştirak edib
# 26 sentyabr 2014 20:09 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüşün sonunda GUAM xarici işlər nazirləri Şurası tərəfindən protokol qəbul olunub.

Protokolda BMT nizamnaməsi, GUAM-ın öz nizamnaməsi, habelə ATƏT-in təməl sənədlərində öz əksini tapmış və hamı tərəfindən tanınmış beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik bir daha təsbit olunub. Sənəddə münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında həlli xüsusi vurğulanıb. İclasda GUAM təşkilatının digər beynəlxalq təşkilatlar və dövlətlərlə əlaqələri və sahəli praktiki əməkdaşlıq məsələləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR