Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 18 mart 2013 15:50 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ölkələr arasında münasibətlərin inkişafının region üçün əhəmiyyətindən danışıb. Ermənistan-Azərbaycan münaqişəsi haqda danışan nazir, münaqişənin həll olunmamasının regionun təhlükəsizliyinə və sabitliyinə təhdid, eyni zamanda regionun inkişafına əsas maneə olduğunu söyləyib. O, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Gürcüstanın müdafiə naziri Azərbaycana səfərindən məmnunluq ifadə edib. İ. Alasaniya Gürcüstanın baş naziri Bidzina İvanişvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsinin ölkələr arasında münasibətlərin strateji xarakter daşıdığının göstəricisi olduğunu bildirib.

Görüşdə tərəflər ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstəyin göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsinin davam etdirilməsi haqda razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR