Elmar Məmmədyarov İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyasında iştirak edəcək

Elmar Məmmədyarov İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyasında iştirak edəcək
# 13 noyabr 2012 13:08 (UTC +04:00)

Bakı-APA. Noyabrın 15-16-da xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyasında iştirak etmək məqsədi ilə Cibuti Respublikasına səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Beynəlxalq münasibətlər və dinlərarası dialoqa İslami yanaşma” mövzusu ətrafında müzakirələrin aparılması planlaşdırılır.

Həmçinin, tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR