Elmar Məmmədyarov Qazaxıstan XİN rəhbərinin müavini ilə görüşüb

Elmar Məmmədyarov Qazaxıstan XİN rəhbərinin müavini ilə görüşüb
# 01 sentyabr 2014 14:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan xarici işlər nazirinin müavini Samat Ordabayevi qəbul edib.

APA – nın məlumatına görə, E. Məmmədyarov iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirib.

Bu gün Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında keçirilmiş növbəti siyasi məsləhətləşmələri haqqında məlumat verən S. Ordabayev iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin tərəflər arasında regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR