Elnur Aslanov: “Azərbaycan heç bir dövlətin forpostu deyil” - APA TV

Elnur Aslanov: “Azərbaycan heç bir dövlətin forpostu deyil” - <span style="color: red;">APA TV
# 15 iyun 2013 09:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan heç bir dövlətin forpostu, heç bir dövlətin bölgədə siyasətini həyata keçirən alət deyil. Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulan qüdrətli müstəqil dövlətdir, öz müstəqil siyasətini həyata keçirir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) bu gün keçirilən hesabat konfransında çıxışı zamanı bildirib.


PA rəsmisi qeyd edib ki, bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir iqtisadi və siyasi layihə həyata keçirilmir: “Artıq iftixar hiss ilə demək olar ki, Azərbaycan lider dövlətdir. Azərbaycan bir çox beynəlxalq təşkilatların təsisçiliyində və həmin təşkilatların fəaliyyətində xüsusi rol oynayır. Bu siyasətin başında dayanan da Azərbaycan prezidenti İlham Əliyevdir”.

Elnur Aslanov bəzi beynəlxalq təşkilatların ikili standart prinsipindən çıxış etdiyini deyib: “Onlar müəyyən yollarla Azərbaycana qarşı qərəzli mövqe ortaya qoymaq istəyirlər. Məsələn, bu yaxınlarda 754 üzvü olan Avropa Parlamentinin 34 deputatı qurum adından Azərbaycanla bağlı qətnamə qəbul etdilər. Bu qətnamə qərəzli və birtərəflidir. Bu və ya digər bir məsələyə dərhal münasibət bildirməyə cəhd edən erməni lobbisinin təsiri altında olan qruplar böyük bir Avropa təsisatında 20 ildir hüquqları pozulan, Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlılarla bağlı qətnamə qəbul etmirlər. Məgər bir milyon insanın öz yurdundan didərgin düşməsi problem deyil?”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR