Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstan səfirini qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstan səfirini qəbul edib
# 26 avqust 2013 09:51 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazir A. Jumabayevə Azərbaycanda diplomatik fəaliyyətə başlanması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

K. Heydərov qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında mövcud əməkdaşlıq əlaqələrindən razılığını ifadə edib.

Öz növbəsində, səfir gələcəkdə ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR