GUAM Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiya formalaşdırır

GUAM Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiya formalaşdırır
# 21 avqust 2013 09:29 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. GUAM Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiya formalaşdırır. GUAM Katibliyindən APA-ya verilən məlumata görə, missiyaya quruma daxil olan dörd ölkədən müşahidəçilər və GUAM-ın baş katibi Valeri Çeçelaşvili daxil olacaqlar. Müşahidə missiyasına Gürcüstan parlamentinin nümayəndəsi rəhbərlik edəcək. Heyətin tərkibi bir müddətə sonra dəqiqləşəcək.

Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərini ATƏT, ATƏT DTİHB, MDB, GUAM və digər beynəlxalq təşkilatların missiyaları müşahidə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR