Gürcüstanın xarici işlər naziri: “Beynəlxalq təşkilatlar nəzarətsiz ərazilərə ciddi diqqət yetirməlidir”

Gürcüstanın xarici işlər naziri: “Beynəlxalq təşkilatlar nəzarətsiz ərazilərə ciddi diqqət yetirməlidir”
# 18 mart 2013 08:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze terrorçuluğun qarşısının alınması sahəsində əməkdaşlığın möhkəmləndirilməsi mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib. O, cinayətkar qrupların Gürcüstan ərazisindən tranzit marşrut kimi istifadə edə biləcəyindən narahatlığını bildirib. Nazir buna qarşı mübarizə aparmaq üçün beynəlxalq mexanizmlərdən istifadə etməyin vacibliyini vurğulayıb: “Biz beynəlxalq birliyin bu məsələdə narahatlığını anlayırıq. Bu problem bizim üçün aktualdır. Biz milli təhlükəsizliyimizi möhkəmləndirmək üçün tədbirlər görürük, hüquq-mühafizə orqanlarımızın, sərhəd xidmətimizin və antiterror qruplarının işini gücləndiririk. Sərhəd zonalarında, sərhəd-buraxılış məntəqələrində təhlükəsizlik möhkəmləndirilir”.

M. Pancikidze qeyd edib ki, Gürcüstan bu məsələdə BMT-nin müvafiq təşkilatları ilə əməkdaşlıq edir: “Bu gün dövlətlərin nəzarətində olmayan nəzarətsiz ərazilər var. Bu ərazilər kriminal elementlər üçün təhlükəsiz limandır. Beynəlxalq təşkilatlar buna ciddi diqqət yetirməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR