Mehriban Əliyeva Kannda “Azərbaycan cazı” gecəsində iştirak edib - FOTOSESSİYA

Mehriban Əliyeva Kannda “Azərbaycan cazı” gecəsində iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2014 02:33 (UTC +04:00)

Heydər Əliyev Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.

“Azərbaycan cazı” gecəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub.

İzləyicilərə təqdim olunan konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz xoş anlar yaşadıb.

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycan tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan günləri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə-tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcək.

Bu günlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradır.

Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaq. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcək. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR