İranın Xorasan vilayəti valisinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

İranın Xorasan vilayəti valisinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 09 sentyabr 2014 11:02 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İran İslam Respublikasının (İİR) Xorasan vilayətinin valisi Əlirza Raşidiyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Səfirlikdən APA - ya verilən məlumata görə, səfərin məqsədi İran və Azərbaycanın bölgələri arasında əlaqələrin qurulması, iqtisadi və mədəni əlaqələrin inkişafı, eləcə də turizm sektorunda münasibətlərin genişlənməsidir.

Nümayəndə heyətinin üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər. Görüş zamanı ikitərəfli münasibətlər, təcrübə mübadiləsi və Məşhəd şəhəri ilə Bakının qardaşlaşması müzakirə olunub.

Gün ərzində qonaqların iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, eləcə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşləri planlaşdırılıb.

Sabah İran nümayəndə heyətinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşü gözlənilir. Sonrakı günlərdə isə iranlı qonaqların Qəbələyə səfər edəcəklər və rayondakı turizm obyektləri ilə tanış olacaqlar.

Səfər sentyabrın 12-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR