İSESCO baş direkoru: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını kəskin pisləyirik”

İSESCO baş direkoru: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını kəskin pisləyirik”
# 26 noyabr 2015 11:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “İSESCO Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını kəskin şəkildə pisləyir. Ermənistanın işğalı tamamilə qanunsuzdur”.

APA-nın məlumatına görə, bunu İSESCO-nun baş direktoru Әbdülәziz Osman Әl Tüveycri deyib. O bildirib ki, Ermənistanın addımları beynəlxalq qanunlara ziddir: “Bütün üzv ölkələrin adından deyirik ki, bu işğala dərhal son qoyulmalıdır və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır. BMT-nin dörd qətnaməsi qəbul olunub və bu qətnamələr yerinə yetirilməyib. Biz təşkilat olaraq beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmalıyıq ki, Ermənistanın bu addımları beynəlxalq normalara ziddir. BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal yerinə yetirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR