İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşdə səfərdə olub

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşdə səfərdə olub
# 11 sentyabr 2014 08:32 (UTC +04:00)

Bakı – APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-9-da Mərakeş Krallığında səfərdə olub.

L. Hüseynov APA-ya bildirib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Cənub proqramı çərçivəsində həyata keçirilmiş səfərin əsas məqsədi Komitə ilə Mərakeş hökuməti arasında səmərəli əməkdaşlığın qurulması barədə ilkin müzakirələrin aparılması olub.

Səfər zamanı L. Hüseynov Mərakeş Krallığının rəsmiləri ilə bir sıra görüşlər keçirib və İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin geniş təcrübəsindən Mərakeşin müvafiq hakimiyyət orqanlarının istifadə etməsinin əhəmiyyətini vurğulayıb. L. Huseynov rəhbərlik etdiyi Komitənin işgəncə ilə mübarizə sahəsində Mərakeş hökumətinə kömək etməyə hazır olduğunu bildirib.

Görüşlər zamanı habelə Mərakeşin penitensiar müəssisələrində mövcud olan əsas problemlər və onların mümkün həlli yolları ətraflı müzakirə olunub.

L. Hüseynov Azərbaycanda penitensiar sahədə son illər görülmüş genişmiqyaslı tədbirləri, o cümlədən ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış addımları görüş iştirakçılarının diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR