İsrail öz vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırıb

İsrail öz vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırıb
# 07 mart 2013 11:05 (UTC +04:00)

APA-nın “İzrus” saytına istinadən yaydığı məlumata görə, İsrail Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olan bu qərargahın yaydığı məlumatda ölkə vətəndaşlarına 12 ölkəyə və dünyanın digər ölkələrindəki 8 regiona səfər etməmək tövsiyə olunur.

Bu siyahıda postsovet respublikalarından yalnız Azərbaycanın adı var. Qərargah Azərbaycanda təhlükənin səviyyəsini “potensial” olaraq qiymətləndirib və İsrail vətəndaşlarına zərurət olmayacağı təqdirdə bu ölkəyə getməmək tövsiyə edilib.

“İzrus” bildirir ki, çox güman ki, söhbət “Hizbullah” liderlərindən İmad Muqniyənin zərərsizləşdirilməsinin beşinci ildönümündə bu təşkilatın İsrail vətəndaşlarını oğurlaaya biləcəyi ehtimalından gedir.

Bundan başqa İsrail vətəndaşlarına Çeçenistana getməmək də tövsiyə olunub. Qərargah mütəxəssisləri Çeçenistanda İsrail vətəndaşları üçün konkret təhlükə olduğunu bildirib və qeyd ediblər ki, burada təhlükənin səviyyəsi təxminən Sina yarımadası və ya Kəşmirdə olduğu səviyyədədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR