Kəmaləddin Heydərov Riçard Morninqstarı diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib - FOTO

Kəmaləddin Heydərov Riçard Morninqstarı diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib - <span style="color: red;">FOTO
# 24 iyul 2014 15:24 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, K. Heydərov səfirin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsindəki rolunu qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir ABŞ-ın müvafiq qurumları ilə nazirlik arasında əməkdaşlığın perspektivlərindən bəhs edib, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Görüşdə səfirə Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Səfir R. Morninqstar ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ştatların müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR