Lətif Hüseynov yenidən Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri seçilib

Lətif Hüseynov yenidən Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri seçilib
# 07 mart 2013 12:40 (UTC +04:00)

Komitənin Azərbaycandan olan sədri Lətif Hüseynov yenidən bu quruma sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, komitəyə sədr və büro üzvlərinin seçkiləri hər iki ildən bir keçirilir. Lətif Hüseynov AŞ-nın İşgəncələrə qarşı Komitənin sədri vəzifəsinə 2011-ci ilin mart ayında seçilmişdi.

Xatırladaq ki, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR