Macarıstan baş nazirinin Azərbaycana səfəri başlayıb

Macarıstan baş nazirinin Azərbaycana səfəri başlayıb
# 05 mart 2016 13:17 (UTC +04:00)

Bakı-APA. Bu gün Macarıstanın baş naziri Viktor Orban Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Macarıstan və Azərbaycanın dövlət himnləri səsləndirilib.

V. Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR