Mahmud Məmmədquliyev: “Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi bizdə narahatlıq yaradır” - VİDEO

Mahmud Məmmədquliyev: “Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi bizdə narahatlıq yaradır” - <span style="color: red;">VİDEO
# 25 fevral 2015 09:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi Azərbaycanda narahatlıq yaradır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Aİ Şurasına sədrliyi ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

M. Məmmədquliyev bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Moldova, Gürcüstan və Ukraynada münaqişələr mövcuddur: “Lakin Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var. Biz münaqişələrə fərqli münasibət görürük. Avropa İttifaqı münaqişələrin həllini dəstəkləməli, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində münaqişənin həllinə töhfə verməlidir. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq və gözləyirik, amma heç bir nəticə yoxdur. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dərin araşdırılsaydı və məsələ Avropa İttifaqının maraq dairəsində olsaydı, biz bu gün böyük ehtimalla Ukraynadakı münaqişəyə da şahidlik etməyəcəkdik”.


Nazir müavininin sözlərinə görə, Azərbaycan münaqişələrə olan münasibətdən məmnun deyil: “Krım məsələsində dərhal sanksiya tətbiq olundu. Qarabağda isə bir sıra layihələr irəli sürülür və Aİ buna təşəbbüs göstərir. Azərbaycan ərazisindəki separatçı rejimə dəstək verilir. Aİ Ermənistana qarşı bəzi tədbirlər görməlidir. Bu qəbuledilməzidir ki, “Şərq tərəfdaşlığı” ölkələrindən biri digərinin ərazisini işğal edib. Ermənistana qarşı müəyyən təzyiqlər göstərilməlidir ki, bu ölkə işğal olunmuş torpaqları azad etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR