Bakı. Ramiz Mikayıloğlu - APA. Mayın 20-də Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərinə səfər edəcək.
APA-nın məlumatına görə, nümayəndə heyəti burada Monteneqoronun müstəqilliyinin 10 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərə qatılacaq. Spiker O. Əsədovun səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulur. Səfər mayın 22-də başa çatacaq.