Moldovalı nazir: “Hesab edirik ki, ikitərəfli əlaqələr daha dərindən inkişaf etdirilməlidir”

Moldovalı nazir: “Hesab edirik ki, ikitərəfli əlaqələr daha dərindən inkişaf etdirilməlidir”
# 08 sentyabr 2014 12:35 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Azərbaycan və Moldova arasında mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirilir”. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldova baş nazirinin müavini, xarici işlər və avrointeqrasiya naziri Natalia German azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.


Xanım German bildirib ki, ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq mövcuddur: “Amma hesab edirik ki, ikitərəfli əlaqələr daha dərindən inkişaf etdirilməlidir. Moldova Azərbaycanla iqtisadi-ticari əlaqələri gücləndirmək niyyətindədir. Azərbaycan biznesi, investisiyası artıq Moldovada təmsil olunub, lakin biz daha geniş əməkdaşlıqda maraqlıyıq”.

N. German qeyd edib ki, Moldova öz kənd təsərrüfatı məhsullarını Azərbaycan bazarlarına çıxarmaq niyyətindədir. O, Azərbaycanın təcrübəsini Moldovanın inkişafı üçün mühüm saydıqlarını nəzərə çatdırıb. Qonağın sözlərinə görə, bu ilin sonuna kimi Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR