Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb

Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb
# 13 fevral 2015 09:16 (UTC +04:00)

Bakı - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında dini, mədəni və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda T. Şaraşenidze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR