Novruz Məmmədov Azərbaycan və Fransa prezidentləri arasındakı görüşün detallarını açıqlayıb

Novruz Məmmədov Azərbaycan və Fransa prezidentləri arasındakı görüşün detallarını açıqlayıb
# 05 sentyabr 2014 15:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

N.Məmmədov deyib ki, Fransa prezidenti Azərbaycan və Ermənistan dövlət başçıları arasında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən görüşünün nəticələri ilə maraqlanıb: “Fransua Olland ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin başçısı kimi vəziyyətin nə yerdə olduğunu bilmək istəyirdi ki, gələcəkdə münaqişənin çözümü istiqamətində hansı addımlar ata bilər. Çünki müəyyən böyük fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq artıb. Eyni zamanda bunu belə qəbul etmək lazımdır ki, beynəlxalq birlik, həmsədr dövlətlər və bu dövlətlərin başçıları başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddət həll olunmamış qalması yaxşı hal deyil. Avqust ayında Rusiya prezidentinin dəvəti ilə prezident İlham Əliyev Soçidə olub, münaqişənin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Soçi görüşündə konkret nəticə əldə edilməsə də, ümumiyyətlə, o görüşün keçirilməsi və gələcək proseslərə təsiri olması baxımından əhəmiyyətli olduğu qeyd edilib. Fransa prezidenti ilə keçirilən görüş də bu istiqamətdə əhəmiyyətlidir. Belə qənaətə gəlmək olar ki, Fransa prezidenti də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini daha da fəallaşdırmaq istəyir”.

N.Məmmədov Fransua Ollandın fəallığı Azərbaycan və Fransa prezidentləri arasında növbəti görüşün keçirilməsində maraqlı olduğunu göstərir: “Ancaq belə bir bu görüşlə bağlı hələ dəqiq məlumat yoxdur. Prinsipcə, ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç dövlətin başçısı hazırda münaqişənin həllinə maraq göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR