Novruz Məmmədov Jirinovskiyə təşəkkür edib - VİDEO

Novruz Məmmədov Jirinovskiyə təşəkkür edib - <span style="color: red;">VİDEO
# 25 iyul 2014 08:51 (UTC +04:00)

APA-nın məlumatına görə, N. Məmmədov bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Ümummilli lider və prezident İlham Əliyev haqqında «Rossiya 24»-də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm”, - deyə N. Məmmədov qeyd edib.

O, RBK telekanalının jurnalistlərinə «Rossiya 24»-da çalışan həmkarlarından dərs almağı da tövsiyə edib: «РБК kanalında bəzi jurnalistlər «Rossiya 24»-ə baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var. Amma görünür ki, РБК-nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez səhv salırlar».

Xatırladaq ki, N. Məmmədov bundan əvvəl öz mikrobloqunda RBK-nı məkrli niyyətə xidmətdə ittiham etmişdi: «RBK iki ermənini dəvət edərək, Dağlıq Qarabağ ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır».

Xatırladaq ki, V. Jirinovski “Rossiya 24” kanalına müsahibəsində Azərbaycanı MDB məkanındakı real müsbət nümunə adlandırıb. O bildirib ki, ölkənin bu cür sürətli inkişafının əsas səbəbi Azərbaycan xalqının İlham Əliyevi dövlət başçısı seçməklə düzgün seçim etməsidir: “Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR