Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər naziri arasında görüş keçirilib - YENİLƏNİB

Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər naziri arasında görüş keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 24 sentyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda nazir Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən görüş barədə açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib: “Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub”.

*** *** ***

11.30

Bakı. Anaxanım Hidayətova - APA. BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində məlumat yayıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR