Pakistan səfiri: "Ölkələrimiz arasında birbaşa hava əlaqəsinə ehtiyac var"

Pakistan səfiri: "Ölkələrimiz arasında birbaşa hava əlaqəsinə ehtiyac var"
# 04 iyul 2018 13:01 (UTC +04:00)

"Pakistan və Azərbaycanın hər iki xalqın rifahına xidmət edən iqtisadi potensialı olsa da, təəssüf ki, bu potensialdan tam həcmdə istifadə olunmur".

APA-nın xəbərinə görə, bunu Pakistanın Ravalpandi Ticarət və Sənaye Palatasının (RCCİ) prezidenti Zahid Lətif Xan Azərbaycan-Pakistan Biznes Konfransının açılışında deyib.

Pakistan və Azərbaycanın bir-birinə yaxın ölkə olduqlarını vurğulayan Z. L. Xan ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib: “Burada əsas məqsəd biznes məsələlərinə diqqəti yönəltmək və ikitərəfli danışıqlara başlamaqdır. Pakistanda indi dəniz yolu layihəsi həyata keçirilir ki, bu sahə Pakistanın yerləşdiyi regionun inkişafına böyük imkanlar açmaqdadır. Son bir neçə il Pakistan iqtisadiyyatında və ÜDM-də artım müşahidə olunur".

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand isə bildirib ki, bu forum sayəsində iqtisadi əməkdaşlığın inkişafında irəliləyiş əldə olunacaq. O, ölkələr arasında bəzi sektorlarda əməkdaşlığın zəif olduğunu vurğulayaraq deyib ki, ticarət sahəsinə xüsusi diqqət yetirilməlidir: “Bu sahədə inkişaf mövcud olan imkanlardan xeyli aşağıdır və bunu artırmaq üçün əlimizdən gələni etməliyik. Bundan başqa, ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olması rifahımızın təminatında mühüm rol oynaya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR