Azərbaycan prezidenti: "Beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması münaqişənin hərbi yolla həllini istisna etmir" - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti: "Beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması münaqişənin hərbi yolla həllini istisna etmir" - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 15:39 (UTC +04:00)

Bakı – APA. İyulun 7-də Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. APA-nın xəbərinə görə, prezident İlham Əliyev müşavirədə iştirak və çıxış edib.

Prezident Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib: “Azərbaycanın uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb”.

Dövlət başçısı bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi tarixi hadisə adlandıran İlham Əliyevin sözlərinə görə, bu, ölkənin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərdi: “Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə etdi və bundan sonra da hər zaman müdafiə edəcək”.

Ölkənin beynəlxalq imicinin çox müsbət olduğunu qeyd edən prezident, diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə roluna diqqət çəkib. O, xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu xatırladaraq təəssüflə vurğulayıb ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Bu səbəbdən də ordu quruculuğu ilə bağlı aparılan ardıcıl siyasət düzgündür.

Prezident İlham Əliyev bəyan edib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. O, bir daha vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.


Xarici siyasətə dair əsas istiqamətlərdən danışarkən ölkə rəhbəri Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib. Daim axtarışda olub, yeni əməkdaşlıq formaları barədə fikirləşməyin önəmini qeyd edən prezident, müsəlman ölkələri ilə əlaqələrdən danışıb və Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verdiyini söyləyib. Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran prezident İ. Əliyev, ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirib.

Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərin birgə fəaliyyətinin önəmini qeyd edib. O, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb edib, bu imkanların xarici siyasətə müsbət təsir göstərdiyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycanın bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti var və uğurlar buna əsaslanır.

Azərbaycan prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR