Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
# 06 avqust 2013 11:01 (UTC +04:00)

APA-nın məlumatına görə, Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edən H. Tempel diplomatik fəaliyyəti müddətində Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini deyib.

Öz növbəsində, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycanla Almaniyanın uzun illər fəal əməkdaşlıq etdiyini bildirən prezident bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. İkitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyən dövlət başçısı H. Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Avropa Birliyi, Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR