Prezident İlham Əliyev Ekvadorun Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Ekvadorun Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2018 08:50 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçib.

German Alexandro Orteqa Almeyda etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

*** 10.42

Prezident İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR