Prezident İlham Əliyev Moldova baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Moldova baş nazirinin müavinini qəbul edib
# 09 sentyabr 2014 14:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Natalia Germanı qəbul edib.

 

APA – nın məlumatına görə, görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb.
 

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR