Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib
# 08 mart 2016 16:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirilib. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb.

Söhbət zamanı qonaqlar qeyd ediblər ki, Forumun uğur qazanması prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR