Prezident İlham Əliyev Pakistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Pakistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 01 mart 2013 12:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı səfir İnayat Ullah Kakarın Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib. O, Azərbaycanla Pakistan arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməyin önəmini vurğulayıb.

Prezident İlham Əliyev əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə İnayat Ullah Kakara təşəkkürünü bildirib.

Səfir isə ölkədə diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən İlham Əliyevə minnətdarlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR