Qırğızıstanın Azərbaycana yeni səfir təyinatının ləngiməsinə aydınlıq gətirilib

Qırğızıstanın Azərbaycana yeni səfir təyinatının ləngiməsinə aydınlıq gətirilib
# 05 mart 2013 08:31 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Qırğızıstanın Azərbaycana yeni səfir təyinatının ləngiməsinə aydınlıq gətirilib. Bu barədə APA-ya məlumat verən Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov deyib ki, iki ölkə arasında möhkəm əlaqələr mövcuddur və səfir təyin edilməsi ilə bağlı yubanmalar texniki məsələlərdən asılıdır.

Onun sözlərinə görə, tərəflər arasında səfirliklər üçün yer sahələrin qarşılıqlı verilməsi üçün təklif var: “Məsələn, belə bir təcrübə Qazaxıstan və Azərbaycan arasında mövcuddur. Bu barədə biz Azərbaycan tərəfə təklif vermişik ki, qarşılıqlı prinsipə əsasən Qırğızıstan səfirliyi üçün Bakının mərkəzi rayonlarından birində 49 illik icarəyə təmirli, mebelli yer ayrılsın. Qırğız tərəfi isə Azərbaycana 49 il müddətinə Bişkekin ən prestijli rayonlarından sayılan “Qızıl kvadrat” rayonunda sahə ayıra bilər. İcarə haqqı hər iki halda simvolik olacaq. Çox təəssüf ki, Qırğızıstan Azərbaycan kimi geniş maddi vəsaitlərə malik deyil. Bütün bu maddi-texniki məsələlər həll olunandan sonra səfirin təyinatı ilə bağlı məsələ də öz həllini tapacaq. Biz Azərbaycan tərəfinin ərazi ilə bağlı təklifini gözləyirik ki, məsələ həll olunsun və biz artıq diplomatik nümayəndəlik üçün ştat yığa bilək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR