Qondarma "DQR"in tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentində müzakirə ediləcək

Qondarma "DQR"in tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentində müzakirə ediləcək
# 05 may 2016 10:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq. APA-nın BBC-nin rus xidmətinə istinadən verdiyi məlumata görə, bu gün Ermənistan hökuməti qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.

Qanun layihəsini bu gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan təqdim edib.

Xatırladaq ki, qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR