Rumıniya parlamentinin sədri: “Rumıniya Avropada Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır”

Rumıniya parlamentinin sədri: “Rumıniya Avropada Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır”
# 14 mart 2013 11:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bakıda səfərdə olan Rumıniya Deputatlar Palatasının (parlament) spikeri Valeriu Zgoneanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. APA-nın məlumatına görə, O. Əsədov deyib ki, bu gün Rumıniya ilə Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb: “Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı 55 sənəd imzalanıb və 5-i də imzalanma ərəfəsindədir. Bu sənədlər iki ölkə arasındakı strateji əlaqələrdə ciddi hüquqi baza yaradır. İstərdik ki, iqtisadi əlaqələr də bu səviyyəyə çatsın”.

O. Əsədov xatırladıb ki, bu gün Azərbaycan Rumıniya ilə birlikdə iştirak etdiyi Nabucco, TANAP, AGRİ kimi layihələrin reallaşdırılmasında maraqlıdır. Parlamentlərarası əlaqələrdən danışan spiker Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O xatırladıb ki, ilin əvvəlində Rumıniya parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub və bu sənəddə Xocalı soyqırımı da pislənib.

V. Zgonea isə görüş zamanı bildirib ki, Rumıniya əlaqələrin inkişafında çox maraqlıdır: “Əmin olun ki, Rumıniya Avropada Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır”. Qonaq bildirib ki, Rumıniya Azərbaycan sərmayədarları üçün qapıları tamamilə açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR