Rumıniyanın Azərbaycandakı səfirliyində “NATO-Azərbaycan əməkdaşlığı: vəziyyəti və perspektivlər” adlı dəyirmi masa keçirilib

Rumıniyanın Azərbaycandakı səfirliyində “NATO-Azərbaycan əməkdaşlığı: vəziyyəti və perspektivlər” adlı dəyirmi masa keçirilib
# 10 fevral 2015 13:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Rumıniyanın Azərbaycandakı səfirliyində bu ölkənin NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi fəaliyyəti çərçivəsində “NATO-Azərbaycan əməkdaşlığı: vəziyyəti və perspektivlər” adlı dəyirmi masa keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə NATO-ya üzv ölkələrin Bakıdakı səfir və diplomatları, NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin nümayəndələri iştirak edib.

Rumıniyanın Azərbaycandakı səfiri Kristinan Çiobanu çıxışı zamanı bildirib ki, Rumıniya ictimai diplomatiya tədbirləri (konfrans, dəyirmi masa və seminarlar) təşkil etməklə NATO ilə Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın intensivləşməsinə öz töhfəsini verir: “NATO-Azərbaycan əməkdaşlığı strateji dəyərə malikdir. Bakı Şimali Atlantika Alyansının güclü və dəyərli tərəfdaşıdır. Rumıniya hesab edir ki, Fərdi Əməkdaşlıq Fəaliyyəti Planının (2015-2016-cı illəri əhatə edir) dördüncü dövrü NATO və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı üçün geniş imkanlar açacaq”.

Dəyirmi masanın digər iştirakçıları da NATO-Azərbaycan əlaqələrini müsbət qiymətləndiriblər və birgə əməkdaşlığın gələcək perspektivinə əmin olduqlarını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR