Rusiya səfiri: “Donetskdə baş vermiş təyyarə qəzasına görə vaxtından əvvəl kimlərisə günahkar elan etmək vəziyyəti ancaq gərginləşdirəcək”

Rusiya səfiri: “Donetskdə baş vermiş təyyarə qəzasına görə vaxtından əvvəl kimlərisə günahkar elan etmək vəziyyəti ancaq gərginləşdirəcək”
# 22 iyul 2014 10:38 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Malayziyaya məxsus sərnişin təyyarəsinin Donetsk səmasında düşməsi nəticəsində 300-dək insanın həlak olmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, vaxtından əvvəl kimlərisə günahkar elan etmək, əsasız səbəblər göstərmək vəziyyəti ancaq gərginləşdirəcək, obyektiv araşdırmanın aparılmasına mane olacaq: “Araşdırmalar başlayıb, “qara qutu”lar tapılıb. Ümid edirəm ki, biz tezliklə nəyin necə baş verdiyini obyektiv və dəqiq öyrənə biləcəyik. Bundan sonra müvafiq nəticə çıxarılması mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR