Bakı. Məlahət Nəcəfova-APA. Rusiyanın Bryansk vilayətində sosial şəbəkələrdə ekstremist fəaliyyətlə məşğul olduğu deyilən 24 yaşlı Ülfət Bəşirov məhkəmə qarşısına çıxarılacaq. APA-nın “nashbryansk.ru” saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Rusiya cinayət məcəlləsinin ədavət və düşmənçiliyə təhrik edən hərəkətlər, dini zəminində şəxs və ya qrup üzvlərin təhqir olunması, internetdən istifadə edərək cinayət törətmə maddələri ilə ittiham olunacaq. İstintaqın nəticəsinə əsasən 24 yanvar tarixində Ü.Bəşirov sosial şəbəkələrdə qeyri-müsəlmanlara nifrəti göstərən, dini zəmində material yerləşdirib.
O, polis tərəfindən saxlanıb.