Rusiyanın Azərbaycandakı səfiri: “Orxan Zeynalovla bağlı məsələnin siyasiləşdirilməsi, dramatikləşdirilməsi üçün heç bir əsas yoxdur”

Rusiyanın Azərbaycandakı səfiri: “Orxan Zeynalovla bağlı məsələnin siyasiləşdirilməsi, dramatikləşdirilməsi üçün heç bir əsas yoxdur”
# 22 iyul 2014 10:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA. “Orxan Zeynalovun işi ilə bağlı Rusiya Federasiyasının normalarına uyğun proses gedir. Bu, ilkin məhkəmə istintaqı idi. Prokuror artıq öz fikrini bildirib, bundan sonra məhkəmə qərar çıxaracaq”.

Bunu APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesinin gedişinə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, məhkəmənin çıxaracağı hökmdən razı qalmayanlar şikayət verə bilərlər: “Hər şey qanun çərçivəsində gedir”.

Diplomat vəziyyətin siyasiləşdirilməsi, dramatikləşdirilməsi üçün heç bir əsas olmadığını də vurğulayıb: “Məhkəmə istintaq aparır, sizin həmyerlinizin maraqlarını qoruyan vəkilləri var. Bir sözlə, hesab edirəm ki, hər şey qaydasında gedir. Məsələnin ədalətli həlli üçün bütün əsaslar mövcuddur”.

Qeyd edək ki, prokuror O. Zeynalova 18 il iş istəyib. Məhkəmə iyulun 28-də hökm çıxaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR