SAM direktoru: “BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı konsensus əldə edə bilməyəcək”

SAM direktoru: “BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı konsensus əldə edə bilməyəcək”
# 30 avqust 2013 12:17 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan həmişə ABŞ-ın Suriya ilə bağlı qətnamə layihəsini dəstəkləyib. Lakin Azərbaycanın bu məsələdə həm də özünün prinsipial mövqeyi var”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov verib.

O, Azərbaycanın mövqeyini belə açıqlayıb: “Birincisi, hazırda Suriyadakı humanitar böhranı və vətəndaş müharibəsini dayandırmaq lazımdır. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurası Suriya məsələsində konsensusa gələ bilməyəcək, çünki Rusiya və Çin suveren dövlətlərin daxili işlərinə müdaxilə məsələlərində öz veto hüququndan istifadə edirlər. Və hansısa ölkənin Suriyaya qarşı hərbi müdaxilə niyyəti BMT Təhlükəsizlik Şurası tərəfindən müsbət qarşılanmayacaq və BMT bunun üçün mandat verməyəcək. Və o zaman ABŞ ya koalisiya formalaşdırmalı, ya da Suriyaya təklikdə nöqtə zərbələri endirməlidir”.

Fərhad Məmmədov bildirib ki, Suriyanın kimyəvi silaha sahib olması təsdiqini tapmış bir faktdır: “Lakin bu silahdan dinc əhaliyə qarşı istifadə olunubmui? Buna BMT-nin müstəqil ekspert qrupu qiymət verməlidir. Burada yenə bu beynəlxalq təşkilatın böhran keçirdiyi ortaya çıxır. BMT qətnamələrinin, məsələn, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri yerinə yetirilməmiş qalıb. Digər tərəfdən BMT-də maraqlar münaqişəsi yaranır və nəticədə BMT qlobal təhlükəsizlik funksiyasını yerinə yetirə bilmir. Düşünürəm ki, BMT bu məsələdə daha prinsipial olmalı və böyük dövlətlər Suriyadakı kimi böhranların həllinə dair münasib həll yolları tapmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR