Səfir: “Azərbaycan Çin-Pakistan iqtisadi dəhlizindən yararlana bilər”

Səfir: “Azərbaycan Çin-Pakistan iqtisadi dəhlizindən yararlana bilər”
# 03 iyul 2018 10:42 (UTC +04:00)

“Çin-Pakistan iqtisadi dəhlizi – CPEC Azərbaycan üçün də önəmlidir. Azərbaycan bu dəhliz vasitəsilə Çinə öz mallarını göndərə bilər”.


APA-nın xəbərinə görə, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, Həştərxandan başlayaraq mallar Azərbaycan, İran və Pakistan vasitəsilə birbaşa Çinə göndərilə bilər: “Biz Qvadar dəniz limanının genişləndirilməsi üzərində işləyirik. 2025-ci ilə qədər bu limanın daha çox və daha böyük gəmiləri qəbul edə biləcəyinə ümid edirik. Azərbaycanı Pakistanla və Mərkəzi Asiya ilə birləşdirən “Lapiz Lazzuri” dəmir yolu və Aşqabad sazişi üzrə yaradılan nəqliyyat dəhlizi də mövcuddur. Sadalanan bu layihələrin hər biri Azərbaycan üçün mühümdür”.

Z. L. Xan əlavə edib ki, Pakistan CPEC layihəsi sayəsində yeni enerji infrastrukturu və ticarət marşrutları vasitəsilə regional əməkdaşlıqda “hub”a çevriləcək.

RCCİ-nin keçmiş prezidenti, hazırkı qrup lideri Sohail Altaf isə Azərbaycan və Pakistan arasında birbaşa aviareysin olmasının vacibliyinə diqqət çəkib və bunun tez bir zamanda gerçəkləşdirilməli olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR