Səfir: " Meksika və Azərbaycan arasında təhsil əlaqələri gücləndirilir"

Səfir: " Meksika və Azərbaycan arasında təhsil əlaqələri gücləndirilir"
# 28 fevral 2018 11:38 (UTC +04:00)

Fevralın 28-də Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bu Latın Amerikası ölkəsinə həsr olunan və ADU-da baş tutan konfransa sədrlik edib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbir Meksika, ölkənin müxtəlif sektorlar üzrə son illərdə əldə etdiyi nailiyyətləri, onun dünya arenasında hazırkı mövqeyi və bəzi gələcək məqsədləri haqqında daha ətraflı məlumat vermək məqsədilə təşkil edilib.

Səfir R. Labardini çıxışında ölkəsinin daxili və xarici siyasətində əhəmiyyətli faktları qeyd edərək iqtisadi inkişaf və onun sosial sektora müsbət təsirinə toxunub.

O bu gün Meksikanın düz ekranlı televizorlar və ikiqapılı soyuducuların birinci, mobil telefonların isə üçüncü istehsalçısı olduğunu, bundan əlavə, il boyu Meksikada dünyanın tanınmış 19 markası altında 4 milyon avtomobil istehsal olunduğunu diqqətə çatdırıb.

Səfir Labardini 2018-ci ilin ölkəsi üçün vacib il olduğunu vurğulayıb və Meksikada iyulun 1-də prezident seçkiləri baş tutacağını deyib: “Həmin gün vətəndaşlar həmçinin yerli icra hakimiyyəti nümayəndələrini, eyni zamanda, Meksika Respublikasının tərkibində olan 32 ştatdan 30-da müvafiq millət vəkillərini seçə biləcəklər”.

Səfir hər iki ölkənin gənclər üçün yeni yolların açılması məqsədilə təhsil sahəsində əlaqələri və hüquqi bazanı gücləndirməkdə davam etdiyini dilə gətirib.

Sonda konfrans iştirakçıları diplomata onları maraqlandıran sualları veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR