Səfir Şahin Abdullayev: “Misirdə vəziyyət yenidən gərginləşsə, qalan vətəndaşlarımızın da təxliyəsi üçün addımlar atılacaq” - APA TV

Səfir Şahin Abdullayev: “Misirdə vəziyyət yenidən gərginləşsə, qalan vətəndaşlarımızın da təxliyəsi üçün addımlar atılacaq” - <span style="color: red;">APA TV
# 27 avqust 2013 14:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Misirdə hələlik nisbi sabitlikdir, amma demək olmaz ki, ölkədə tam siyasi stabillik əldə olunub”. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.

Azərbaycan vətəndaşların ölkəni tərk etməsi ilə bağlı müraciət etməsi barədə danışan Ş. Abdulayev xatırladıb ki, soydaşlarımızın çoxu artıq təxliyə olunub, lakin onların hələlik bir qismi Misirdə qalır: “O vətəndaşlarımız da buranı tərk etməyə çalışırlar. Elələri var, bu gün bir söz deyir, sabah fikrini dəyişir. Əfsuslar olsun, belə insanlar da var. Təyyarə gələndə hamıya demişdik, dəvət etmişdik. Bir qismi təhlükəni dərk edib, vətənə qayıdıb, bəziləri də müəyyən səbəblərə görə qalıb. Hər halda biz hər kəsi həvəsləndiririk ki, Azərbaycana qayıtsınlar. İndi konkret təhlükə olmasa da, vəziyyəti nəzarətdə saxlayırıq. Ölkədə vəziyyət yenə gərginləşsə, müəyyən addımlar atılacaq”.

Səfir eyni zamanda qeyd edib ki, son günlər Misirdən Azərbaycana təxliyə olmayıb: “Biz daim vətəndaşlarımızla təmasdayıq. Hələlik bizə onları ölkədən çıxarmaq barədə xüsusi müraciətlər olmayıb. Belə bir müraciət olsa, biz dərhal onları geri göndərərik”.

Səfirliyin hazırkı fəaliyyəti barədə danışan səfir deyib ki, diplomatik nümayəndəlikdə hələ də iki nəfər çalışır. Vətənə göndərilən diplomatların Misirə qaytarılması barədə sualı cavablandıran Ş. Abdullayev bildirib ki, vəziyyət sakitləşdikdən sonra bu məsələyə baxılacaq: “İnsanların həyatı hər şeydən əzizdir”.

Səfir bildirib ki, hələlik diplomatik nümayəndəlik üçün heç bir təhlükə yoxdur: “Bura Şərqdir. 30 ildən çoxdur ki, bu regionda işləyirəm. İndi sakitlikdir, yarım saatdan sonra hər hansı hadisə baş verə bilər. Bunu heç kim proqnozlaşdıra bilmir. Hər halda ümumi istiqamət var ki, proses stabilliyə doğru getməlidir. Amma görək necə olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR