Səməd Seyidov: “ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir”

Səməd Seyidov: “ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir”
# 27 avqust 2015 15:56 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O qeyd edib ki, ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir: “Hər iki tərəf siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan Birləşmiş Ştatların ayrı-ayrı ştatları ilə əməkdaşlıq edir, xüsusilə Nyu Həmpşir və Nyu Meksika ştatları bizimlə daha sıx münasibətlər qurmağa can atırlar. Ölkələrimiz strateji sahələrdə, o cümlədən enerji təminatı və terrorizmlə mübarizə sahələrində yaxından əməkdaşlıq edir”.

Görüşdə ABŞ nümayəndə heyətinin üzvləri Süzan Emerson, Romeo Danais, Bekki Fild, Mari Balkom, Barbara Fridman ölkəmizə səfərdən məmnunluqlarını bildiriblər. Azərbaycanlıların qonaqpərvərliyinə, milli mətbəximizə, paytaxtın müasir gözəlliyinə, Azərbaycanda gördükləri quruculuq işlərinə və tərəqqiyə valeh olduqlarını vurğulayıblar. Nyu Həmpşir ştatı ilə Azərbaycan arasında daha sıx və daha çoxtərəfli əlaqələrin qurulmasına dair mülahizələrini bildiriblər.

Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə və Sahibə Qafarova Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğundan, əldə etdiyi siyasi-iqtisadi uğurlardan, regionda reallaşdırdığı irimiqyaslı layihələrdən söz açdılar, gender məsələləri, xalqımızın tolerantlığı, Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız problemlər, Xocalı soyqırımı barədə danışıblar. Nümayəndə heyətinin başçısı, ABŞ-ın Müdafiə və kosmik texnologiyalar üzrə dövlət nümayəndəsi Cek Balkom böyük iqtisadi potensiala malik Azərbaycanla əməkdaşlıq etmək istədikləri sahələri açıqlayıblar. Söhbətdə beynəlxalq aləmdəki siyasi vəziyyətə toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Belə görüşlərin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə təkan verəcəyi diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR