Sentyabrın 12-dən 28-dək Bakıda “Böyük Hindistan” sərgisi keçiriləcək

Sentyabrın 12-dən 28-dək Bakıda “Böyük Hindistan” sərgisi keçiriləcək
# 10 sentyabr 2014 14:54 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Sentyabrın 12-dən 28-dək Bakıda “Böyük Hindistan” sərgisi keçiriləcək.

APA - nın verdiyi məlumata görə, bunu Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Hindistanın “ANS Corporation” şirkətinin təşəbbüsü ilə “Amay” Ticarət Mərkəzində baş tutacaq sərgi yalnız mədəni deyil, həm də iqtisadi əhəmiyyət daşıyır.

V. Kumarın sözlərinə görə, sərgidə Hindistandan 39 sahə üzrə 80 sahibkar iştirak edəcək. Nümayiş etdiriləcək mallar əsasən geyim, ədviyyat, suvenir və bəzək əşyaları, şirniyyat və mətbəx nümunələri olacaq.

Sərginin əhəmiyyətindən danışan V. Kumar qeyd edib ki, məqsəd Bakı sakinləri Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı Azərbaycan iş adamlarının marağını cəlb etməkdir.

Səfir belə bir tədbirin ilk dəfə keçiriləcəyini və əlaqələri möhkəmləndirmək üçün müxtəlif layihələrə ehtiyac olduğunu vurğulayıb.

“Əməkdaşlıq üçün potensial genişdir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 500 mln. dollara yaxındır. Son bir ildə Hindistan Milli Neft Şirkəti Azərbaycan iqtisadiyyatına 1 mlrd. dollara yaxın vəsait yatırıb. Hazırda bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz istəyirik ki, ölkələrimiz arasında ticarət dövriyyəsi qat-qat artıq olsun”, – deyə səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR