Azərbaycan deputatının məruzəsi AŞPA-nın yaz sessiyasında müzakirə ediləcək

Azərbaycan deputatının məruzəsi AŞPA-nın yaz sessiyasında müzakirə ediləcək
# 17 mart 2016 07:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər komitəsində Avropa Mühafizəkarlar qrupundan olan azərbaycanlı məruzəçi Sevinc Fətəliyevanın “Təməl səbəblərə qarşı mübarizə aparmaqla uşaqların radikallaşmasının qarşısının alınması” adlə məruzəsi bəyənilib.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, məruzədə qeyd edilir ki, qabaqlayıcı tədbirlər gənc insanların ekstremizmdən qorunması üçün açar rolunu oynayır.

Bununla yanaşı, o da qeyd edilir ki, qabaqlayıcı tədbirlər olaraq, radikallaşma ilə mübarizə və reabilitasiya strategiyaları individual yanaşma sərgiləməli və müfəssəl olmaqla yanaşı, yerli tərəfdaşlarla birgə iş aparılmalıdır.

Məruzənin AŞPA-nın apreldə keçiriləcək sessiyasında müzakirə edilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR