Şri-lankanın xarici işlər naziri: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”

Şri-lankanın xarici işlər naziri: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”
# 07 may 2013 09:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Şri-Lankanın xarici işlər naziri Qamini Lakşman Peyris azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə deyib.

XİN başçısı BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkürünü bildirib. Onun sözlərinə görə, son vaxtlar azərbaycanlı turistlərin Şri-Lankaya marağı artıb: “Mən artıq Bakı ilə Kolombo arasında birbaşa aviareysin açılması təklifini irəli sürmüşəm”.

Nazirlər qeyd ediblər ki, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlıq protokolunun imzalanması daimi dialoqun qurulmasına imkan verəcək və siyasi, iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün imkanlar yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR